19 
İyn
2019
04:05
60
158
7549
Virtual karabakh

Boltondan Qarabağ bəyanatı: ABŞ hazırdır

19 İyn, 2019
04:05
7549

Boltondan Qarabağ bəyanatı: ABŞ hazırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycan və Ermənistan arasında aparılan dialoqu dəstəkləməyə davam edəcək.

“RİA Novosti” xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

“Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə bu həftə keçiriləcək görüşü gözləyirəm. Onları aralarında davam edən dialoqa həvəsləndirmək niyyətindəyəm”, - C.Bolton bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar regionda sülhün bərqərar olunmasına kömək etməyə hazırdır.

Daha əvvəl məlumat verilib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşmək üçün Vaşinqtona yola düşüb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri