29 
İyn
2019
15:13
256
69
4823
Virtual karabakh

Şəhid hərbçimizin medalı atasına təqdim edildi - FOTO

29 İyn, 2019
15:13
4823

Şəhid hərbçimizin medalı atasına təqdim edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü, Gədəbəy rayonunun Köhnəqışlaq kənd sakini Xəlilov Elşən Vüqar oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. 

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani və Gədəbəy Rayon İcra Hakmiyyətinin başçısı İbrahim Mustafeyev medalı şəhidin atası Vüqar Xəlilova təqdim edib.

Xatırladaq ki, E.Xəlilov iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri