İyl
2019
17:36
326
94
3452
Virtual karabakh

Zakir Həsənov Belarusa gedir

1 İyl, 2019
17:36
3452

Zakir Həsənov Belarusa gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minsk şəhərinə yola düşəcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunan təntənəli tədbirlərdə iştirak edəcək.

Müdafiə nazirinin bu ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüşləri və Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin ailə üzvlərini ziyarət etməsi nəzərdə tutulub.

Qeyd edək ki, iyulun 3-də Minsk şəhərində keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri