17 
İyl
2019
19:32
76
233
4001
yuxarı
“Taliban” 18 xüsusi təyinatlını öldürüb
“Taliban” terror təşkilatı ilə Əfqanıstan ordusu arasında şiddətli toqquşma baş verib.
“Khaama Press” xəbər verir ki, Əfqanıstanın şimal-qərbində baş vermiş döyüş zamanı azı 18 xüsusi təyinatlı öldürülüb.
Qeyd edilir ki, bazar ertəsi axşam saatlarında 36 xüsusi təyinatlıdan ibarət dəstə “Taliban”ın Baqdisdəki qərargahına qarşı əməliyyata başlayıb. Döyüşlər bir neçə saat davam edib.
Əyalətin keçmiş parlament nümayəndələrindən biri Qazi Əbdül Rəhim Rahin bildirib ki, toqquşmalar zamanı 19 terrorçu məhv edilib, daha 20-si isə yaralanıb. Onun sözlərinə görə, “Taliban” altı hərbçini də əsir götürüb.
Əfqanıstan Müdafiə Nazirliyi hadisəni təsdiq etsə də, itkilər barədə məlumat verməyib.
Bizimlə əlaqə saxlayın
Digər Müharibə xəbərləri
13 
Dek
2019
16:39
Ermənistanla sərhəddə döyüş mövqeləri 1,5-1,7 kilometr irəli çəkilib - RƏSMİ
323
21
7187
5 
Dek
2019
12:23
Cəbhəboyu zonada Azərbaycan Ordusu üçün yeni hərbi obyektlər tikilir - VİDEO
215
30
2269