18 
İyl
2019
14:55
367
31
4553
Virtual karabakh

Rusiyalı politoloq: Əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonlar azad edilməlidir

18 İyl, 2019
14:55
4553

Rusiyalı politoloq: Əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonlar azad edilməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi Yerevan işğal edilmiş Dağlıq Qarabağın Ermənistanla birləşməsi ideyasını (“miatsum”) yenidən qabartmağa başlayıb. Bu, təbii ki, danışıqlar prosesinə mənfi təsir göstərir. Bundan başqa, Ermənistanda hələ də Bakıda Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin nümayəndələri ilə görüşən ATƏT-in Minsk qrupunun həmsədrlərinin səfərini müzakirə edirlər. Bu, Yerevanın xoşuna gəlməyib.

Ermənistan tərəfindən dialoqun aparılması üçün Qarabağın erməni və azərbaycanlı icmalarının bərabərhüquqlu tərəfdaşlar olmamasına dair mütəmadi şərhlər verilir. Digər tərəfdən, Ermənistanın Baş naziri və onun komandası danışıqlara üçüncü tərəfi – işğalçı rejimin nümayəndələrinin cəlb edilməsinin zəruri olmasına təkid edir. Bu isə ATƏT-in Minsk qrupunun formatını dəyişdirmək deməkdir.

Media.az Müasir İdeologiyanın İnkişafı üzrə Milli İnstitutun direktor müavini, rusiyalı politoloq İqor Şatrovla sözügedən məsələ ətrafında söhbət aparıb.

- Görünən odur ki, danışıqlar dalana dirənib. Bundan çıxış yolu varmı?

- Sualınız ritorikdir, lakin cavab verməyə çalışacağam. Bütün bu münaqişələr SSRİ-nin dağılmasından sonra bizə miras qalıb.

ATƏT-in Minsk qrupunun işini korlamaq, onun səmərəsizliyi barədə danışmaq təbii ki, çox asandır. Məlumdur ki, uzun illər ötsə də, nəticə yoxdur. Lakin aktiv hərbi əməliyyatlar da getmir. Bu, klassik dondurulmuş münaqişədir. Demək olar ki, beynəlxalq danışıqların iştirakçıları çox da effektiv işləmirlər. Amma burada vacib olan başqa məsələdir. Hətta tərəflərdən biri haqlı olmasa belə, onlarda güzəştə getmək istəyi olmalıdır. Biz dünya ictimaiyyətinin bu münaqişəyə necə baxdığını bilirik. BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırlamaq kifayət edir. Aydındır ki, söhbət Azərbaycanın işğal edilmiş rayonlarından gedir. Bəs məsələni bundan sonra necə həll etməli? Hər halda yalnız bir yol – güzəştlər qalır. Bu, dövlətlərarası münasibətlərdən qaynaqlanan məntiqdir. Təbii ki, çətin qərardır, lakin tərəflər addım-addım razılığa gələ bilərlər.

Fikrimcə, ilk addımı Ermənistan atmalıdır. Başlanğıc üçün Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonları azad etmək lazımdır. Yerevan bundan ehtiyat edirsə, tədricən hərəkət edə bilər. Rayonları hissə-hissə azad edə və silahsızlaşdıra bilər. Bunu uzun zaman kəsiyində etmək olar, bu vaxt ərzində Azərbaycanın da hansısa qarşılıqlı addımlar atmaq istəyi yarana bilər. Lakin təkrar edirəm ki, ilk addımı Ermənistan atmalıdır.

- Axı Azərbaycan hakimiyyəti erməni qoşunlarının işğal edilmiş rayonlardan çıxarılmasından sonra Ermənistanla kommunikasiyaların bərpasına hazır olduğunu bəyan edib. “Madrid prinsipləri”, “Kazan planı” və “Lavrov planı”nın nəzərdə tutduğu kimi, Qarabağın statusu təxirə salınmış referendum yolu ilə həll ediləcək...

- Hamısı düzdür. Aydındır ki, “böyük gündəm” üzrə danışıqlar aparmağın mənası yoxdur. Lokal danışıqlar lazımdır. Rayonlar bir-bir geri qaytarılmalıdır. Hansısa kommunikasiyalar bərpa edilməlidir. Kimsə özünə zərər vursa belə, ilk addımı atmalıdır. Və əlbəttə ki, kompromis əldə olunmalıdır.

- Ermənistan tərəfinin getdikcə daha da sərtləşən mövqeyi ilə nə etmək lazımdır? Separatçılar bu yaxınlarda bəyan etmişdilər ki, Azərbaycan ərazisinin bir hissəsini zəbt edərək “ərazi bütövlüklərini” bərpa etməyə hazırlaşırlar, çünki həmin ərazilər onların “konstitusiyasında” təsbit edilib. Bu, heç də sülh ismarıcı deyil...

- Əlbəttə ki, belə mövqedə olanlarla danışıqlar aparmaq olmaz. Bununla belə, Azərbaycan tərəfinin güzəştə getməsi ilə birlikdə Qarabağ nümayəndələrinin (erməni – red.) iştirakı ola bilər. Lakin təbii ki, sözügedən nümayəndələr dövlət təmsilçiləri qismində iştirak etməyəcəklər.

- Əgər Qarabağın erməni icması danışıqlarda təmsil olunarsa, deməli, azərbaycanlı icması da iştirak etməlidir. Şərti desək, “Yerevan-2” varsa, qoy “Bakı-2” də olsun.

- Bəli, əlbəttə, Qarabağ azərbaycanlılarını unutmaq olmaz. Mən bu yanaşma ilə razıyam. Bu, çox perspektivlidir.

- Sizə elə gəlmirmi ki, Ermənistanın indiki hakimiyyət lazımi peşəkar resursa malik deyil və populizmin ənənəvi mexanizmlərindən istifadə etməyə üstünlük verir?

- Şübhəsiz ki, bu, siyasi təcrübəsizlik deməkdir. Populistlər hakimiyyətə gələndə, yaxud daha dəqiq desək, bu hakimiyyəti onlara “sırıyanda”, buna hazır olmurlar. Və biz Ermənistanda populistin (Nikol Paşinyan – red.) effektini müşahidə edirik. O bu hakimiyyətlə nə edəcəyini çox vaxt bilmir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri