31 
İyl
2019
19:11
26
569
8958
Virtual karabakh

Bir hərbi qulluqçumuz yaralandı

31 İyl, 2019
19:11
8958

Bir hərbi qulluqçumuz yaralandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, 2019-cu ilin 31 iyul tarixində saat 16:40-da döyüş mövqelərimiz düşmən tərəfindən atəşə tutulub. Düşmənin atəş nöqtələri cavab atəşilə susdurulub.

Atışma zamanı döyüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin bir hərbi qulluqçusu yaralanmışdır. Sərhədçiyə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib. Hazırda onun həyatı üçün təhlükə yoxdur. 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri