Avq
2019
19:00
267
42
3355
Virtual karabakh

Artilleriyaçılarımızın silah və hərbi texnikasına baxış keçirildi - VİDEO

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində istifadə ediləcək silah və texnikaya baxış keçirilib.

Oxu.Az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Silah və döyüş texnikası qəbul edildikdən sonra artilleriyaçılarımız müsabiqənin mərhələlərinin keçilməsi üsullarının məşqinə başlayıblar.

Püşkatmanın nəticələrinə əsasən, birinci mərhələdə artilleriyaçılarımız Rusiya, Venesuela və Zimbabve komandaları ilə yarışacaqlar.
 
Müsabiqə avqustun 17-dək davam edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri