16 
Avq
2019
15:40
399
104
9729
Virtual karabakh

General: Ermənistanla sərhəddə mövqelərimiz irəli çəkilib, strateji yüksəkliklər ələ keçirilib

16 Avq, 2019
15:40
9729

General: Ermənistanla sərhəddə mövqelərimiz irəli çəkilib, strateji yüksəkliklər ələ keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Sərhəd Xidmətinin (DSX) əsas təyinatı sərhədlərin toxunulmazlığının təmin edilməsidir. Biz fəxr edirik ki, Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin mühafizəsi Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən mətbuat konfransında Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov deyib.

Onun sözlərinə görə, ötən doqquz ay müddətində şəxsi heyətin döyüş qabiliyyəti artırılıb.

E.İbrahimov bildirib ki, sərhədçilərimiz Ermənistanın təxribatlarına cavab veriblər:

"Həmçinin, mövqelərimizin irəli çəkilməsi təmin edilib. Strateji yüksəkliklər ələ keçirilib. Bununla da Ermənistan Silahlı Qüvvələrinin döyüş postlarına və postlara hərəkət edən yollara nəzarət etmək üçün optimal şərait yaranıb".

Aqşin Kərimov

VİDEO: Billurə Mikayıllı, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri