24 
Avq
2019
18:00
236
76
2823
Virtual karabakh

Azərbaycanın hərbi orkestri beynəlxalq festivalda iştirak edir - FOTO/VİDEO

24 Avq, 2019
18:00
2823

Azərbaycanın hərbi orkestri beynəlxalq festivalda iştirak edir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 23-də Moskvada XII beynəlxalq hərbi-musiqi festivalına start verilib. 

Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Azərbaycanın ilk dəfə iştirak etdiyi festivalda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri, habelə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edirlər.

Dünyanın ən böyük hərbi musiqi festivalından sayılan “Spasskaya başnya”nın şərtlərinə uyğun olaraq hər komandaya çıxış üçün altı dəqiqə vaxt veriləcək. Bu müddət ərzində orkestrlər təmsil etdikləri ölkənin və digər dünya xalqlarının mahnı və marşlarını ifa edəcəklər.

On iki dövlətdən mindən artıq musiqiçi, vokalist və rəqqasın iştirak etdiyi festival sentyabrın 1-dək davam edəcək.



 


 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri