30 
Avq
2019
17:01
120
60
3456
Virtual karabakh

Hərb Oyunları Mərkəzində komanda-qərargah təlimi keçirilir - FOTO/VİDEO

30 Avq, 2019
17:01
3456

Hərb Oyunları Mərkəzində komanda-qərargah təlimi keçirilir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimdə əsas məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə mövcud qüvvələrin və ehtiyatların tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Təlimə cəlb olunan heyət simulyasiya sistemləri vasitəsilə döyüş fəaliyyətləri zamanı bölmələrin fasiləsiz, bacarıqla və qətiyyətlə idarə edilməsi üzrə tapşırıqları icra edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri