24 
Sen
2019
09:46
254
74
8698
Virtual karabakh

Azərbaycan əsgərinin nəşi neytral ərazidən götürüldü

24 Sen, 2019
09:46
8698

Azərbaycan əsgərinin nəşi neytral ərazidən götürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 22-də cəbhəboyu zonada azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan əsgərin nəşi neytral zonadan götürülüb.

Oxu.Az-a açıqlama verən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi dünən tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşinin təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.

Qeyd edək ki, dünən cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri