Okt
2019
14:36
138
54
2739
Virtual karabakh

Zakir Həsənov “Yüksək səviyyəli Müşahidəçi Günü”ndə iştirak etdi - FOTO

1 Okt, 2019
14:36
2739

Zakir Həsənov “Yüksək səviyyəli Müşahidəçi Günü”ndə iştirak etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, Türkiyə Respublikası, Gürcüstan və Pakistan İslam Respublikasından olan yüksək səviyyəli qonaqlar Bakıda keçirilən “Qafqaz Qartalı - 2019” birgə təlimləri çərçivəsində təşkil olunan “Yüksək səviyyəli Müşahidəçi Günü”ndə iştirak ediblər.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə nazirinə maket üzərində planlaşdırılan fəaliyyətlər və təlimlərin gedişi barədə məruzə olunub.

Sonra təlimin döyüş atışlı mərhələsində aviasiya vasitələrinin dəstəyi ilə ərazidə xüsusi təyinatlı bölmələr tərəfindən müxtəlif tapşırıqlar icra olunub.

Birgə təlimin yekunlarını təhlil edən Müdafiə naziri təlimlərdə iştirak edən hərbi qulluqçuların döyüş hazırlığını yüksək qiymətləndirib və keçirilən təlimlərin ölkələrimizin, o cümlədən, strateji əhəmiyyətli regional layihələrin təhlükəsizliyi baxımından vacibliyini qeyd edib.

Müdafiə naziri bu təlimlərin ordularımızın yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu vurğulayıb. Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, hər üç ölkənin xüsusi təyinatlılarının təlimlərinin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu ifadə edib.

Sonda Müdafiə naziri təlimdə təmsil olunan ölkələrin nümayəndələrinə hədiyyələr təqdim edib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri