Okt
2019
09:37
101
126
4878
Virtual karabakh

Rusiya analoqsuz silahını sınaqdan keçirdi

2 Okt, 2019
09:37
4878

Rusiya analoqsuz silahını sınaqdan keçirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Suriyada “S-500” hava hücumundan müdafiə sisteminin ən vacib elementlərini sınaqdan keçirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “İzvestiya” qəzeti Müdafiə Nazirliyi və hərbi-sənaye kompleksindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin mənbələri bildiriblər ki, sınaq zamanı mütəxəssislər avadanlıqların işində müəyyən problemlər aşkarlasalar da, qüsurlar tez bir zamanda aradan qaldırılıb.

Sınaqların uğurla başa çatdığı bildirilir.

Qeyd edək ki, “S-500” raket-zenit kompleksi yaxın kosmosdakı hədəfləri, aşağı orbitdə uçan peykləri vura bilmək qabiliyyətinə malikdir.

“S-500” saniyədə yeddi kilometrə qədər sürətlə uçan 10 ballistik hədəfi aşkarlaya və eyni anda vura bilər. Hipersonik raketlərin döyüş başlıqlarını vurmaq gücünə də malikdir.

Bu silahın dünyada analoqunun olmadığı bildirilir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri