30 
Okt
2019
12:31
135
16
1949
Virtual karabakh

MDB-yə sədrlik Özbəkistana keçəcək

30 Okt, 2019
12:31
1949

MDB-yə sədrlik Özbəkistana keçəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair prinsipial mövqe MDB ölkələri başçılarının oktyabrın 11-də  Aşqabadda və oktyabrın 25-də MDB hökumət başçılarının Moskvada keçirilən iclasında bir daha təsdiqlənib.

Oxu.Az-ın məlumatına görə, bunu MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, MDB Müdafiə Nazirləri Şurasının praktik fəaliyyəti davamlı olaraq çoxsahəli hərbi əməkdaşlığın inkişafına töhfə verir.   

S.Lebedev qeyd edib ki, MDB müdafiə nazirlərinin hər bir görüşü MDB-də hərbi əməkdaşlığın genişləndirilməsində ümumi maraqların olduğunu göstərir:

“Buna nümunə olaraq bugünkü görüşün gündəliyində 20-dən çox məsələ var”. 

O vurğulayıb ki, gələn il MDB-yə sədrlik Özbəkistana keçəcək.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri