31 
Okt
2019
13:04
302
64
5381
Virtual karabakh

Rusiyanın sualtı gəmiləri döyüş vəziyyətinə gətirildi - ABŞ-ı vura biləcəyini göstərir

31 Okt, 2019
13:04
5381

Rusiyanın sualtı gəmiləri döyüş vəziyyətinə gətirildi - ABŞ-ı vura biləcəyini göstərir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Şimal Donanmasının əksər sualtı gəmiləri Kola yarımadasındakı bazaları tərk edib.

Oxu.Az xarici KİV-lərə istinadən bildirir ki, Norveç Kəşfiyyat Xidmətinin məlumatına görə, Rusiya bu regionda öz bazalarını qorumaqla, ABŞ-ın şərq sahillərini təhdid edə biləcəyini göstərmək istəyir.

Norveç kəşfiyyatı hesab edir ki, Rusiyanın sualtı gəmiləri hərəkətə gətirməsi təkcə təlim deyil, həm də hərbi gücün nümayişidir.

Əməliyyat ötən həftənin əvvəlində başlanıb. Hazırda 10-a qədər Rusiya sualtı gəmisi bu təlimlərdə iştirak edir. Onlardan səkkizi atom sualtı gəmisidir.

Kəşfiyyat sualtı gəmilərin olduğu yerləri müəyyənləşdirdiyini deyir. İki atom sualtı gəmisi Svalbard və Finnmark sahilləri arasındakı Bjornaya adasının qərbində qərarlaşıb.

Digər iki sualtı qayıq Barens dənizinin şərq hissəsinin girişini qoruyur. İki nüvə sualtı gəminin isə Norveç dənizinin şimal hissəsindəki əməliyyatlarda iştirak edir.

Rusiyanın əsas məqsədi daha dərin sularda işləmək, eləcə də, Norveç dənizində yeni silahları sınaqdan keçirməkdir.

Norveç kəşfiyyatı hesab edir ki, Rusiyanın məqsədi ABŞ-ın şərq sahillərini təhdid edə biləcəyini göstərməkdir. Əməliyyatın bəzi iştirakçıları üçün son məqsəd Qrenlandiyanın qərbində yerləşməkdir.

Qeyd olunur ki, Rusiyanın sualtı əməliyyatları ən yüksək səviyyədə siyasi səviyyədə təsdiqlənib.

Norveçin Müdafiə naziri Frank Bakke-Jensenin sözlərinə görə, Rusiyanın əməliyyatları sürpriz deyil.

“Bu, ümumi tendensiyaya uyğundur – Rusiya daha da fəallaşıb. Rusiyanın silahlı qüvvələrini modernləşdirir və getdikcə Norveç yaxınlığında görünür. Norveç silahlı qüvvələrini də gücləndirmək lazımdır”, - deyə Müdafiə naziri əlavə edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri