12 
Noy
2019
19:32
208
68
8525
Virtual karabakh

Ermənistan ordusunun iflasa uğramış arzuları

Azərbaycan sərhədçilərinin şübhəsiz, strateji cəhətdən əhəmiyyətli uğurlarını birmənalı şəkildə sübut edən, Qazax istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədinin təmas xəttində son aylar baş verən hadisələr fonunda, Ermənistan tərəfinin Gürcüstan ərazilərini ələ keçirməklə Azərbaycan qoşunlarını ittiham edərək öz silahlı qüvvələrinin sarsıntılarını gizlətmək cəhdlərinin, həmçinin açıq-aydın məğlubiyyətlərini qələbə kimi gələmə vermələrinin ətraflı təhlili xüsusi əhəmiyyət kəsb edir.

 

Azərbaycanla Gürcüstan arasında soyuqluq yaratmaq, ölkələrimiz arasındakı qardaşlıq və dostluq münasibətlərinə nifaq salmaq cəhdləri nə bu günün nə də dünənin işidir. Eyni zamanda erməni tərəfi həssas əzmkarlıqla faşist Almaniyasının baş ideoloqu Yozef Gebbelsin “min dəfə təkrarlanan yalan həqiqətə çevrilir” sözlərini öz əllərində əsas devizə çeviriblər, çünki bu sitat ermənilərin həyata keçməyən ümidlərinə çatmaq üçün öz uğursuzluqlarını israrla və manyak əzmkarlığı ilə böhtan xarakterli inkar etmə siyasətinin mahiyyətini mükəmməl şəkildə ifadə edir.

Obyektiv təhlil qaydası hadisələrin müqayisəli və xronoloji cəhətdən dəqiq bir şəkildə əlaqələndirilməsini tələb edir və tərəflərin, tez-tez mövcud hadisələrin xarici təzahürlərinin arxasında asanlıqla gizlənlən dərin məqsədlərini dəqiq müəyyənləşdirməyə imkan verir.



Bu qaydaya riayət edərək, dövlət sərhədində baş verən hadisələrin xronoloji ardıcıllığını nəzərdən keçirməyə və erməni tərəfinin real oyunda, pis oyunla yaxşı bir mina nümayiş etdirməyə yönələn addımlarının əsl mənasını göstərməyə çalışacağıq.

Beləliklə, 2018-ci ilin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarı ilə Qazax və Ağstafa rayonlarında Ermənistanla dövlət sərhədinin qorunması və mühafizəsi Azərbaycanın Dövlət Sərhəd Xidmətinə verildi ki, bu da Azərbaycan rəhbərliyinin gərginliyi azaltmaq və sərhəd infrastrukturunu yaxşılaşdırmaq istəyinin göstəricisi idi.

Azərbaycan sərhəd xidməti dərhal sərhəd xidmətinin aparılması, dövlət sərhədində hərbi sərhəd məntəqələrinin tikintisi və təchizatı üçün lazımi şəraitin yaradılması və təkmilləşdirilməsi istiqamətində geniş miqyaslı işlərə başladı. Qısa müddət ərzində bu istiqamətdə yeni sərhəd məntəqələri istifadəyə verildi, sərhəd mövqeləri arasında etibarlı əlaqə məsələləri həll olundu, digər keyfiyyət dəyişiklikləri ilə yanaşı şəxsi heyətin döyüş ruhunun artması isə birmənalı olaraq qarşı tərəfi həyəcanlandırmağa başladı.

Əvvəlcə yuxarıdakı dəyişiklikləri özü üçün olduqca əlverişli hesab edən Ermənistan tərəfi, hərbi əməliyyatların aparılmasında sərhədçilərin guya “təcrübəsizliyini” nəzərə alaraq, artıq 12 yanvar 2019-cu ildə Azərbaycan sərhədçilərini yoxlamağa çalışır - mühəndis avadanlıqları iriçaplı atıcı silahlardan atəşə tutulur və... layiqli cavab atəşi ilə susdurulur.

Martın əvvəlində Ermənistan Silahı Qüvvələrinin hərbi qulluqçuları daha əlverişli mövqelərdə möhkəmlənmək üçün yol mühəndis işləri görüntüsü altında, döyüş mövqelərini sərhəd xətti boyunca irəli çəkmək barədə qərar qəbul edirlər, bu isə Azərbaycan tərəfindən aşkarlanır.

Erməni bölmələrinin daha əlverişli mövqelərdə möhkəmlənməsinin qarşısını almaq üçün Azərbaycan tərəfi onları önləyərək sərhəd döyüş mövqelərini sərhəd xəttinə tərəf irəli çəkmək barədə qərar qəbul edir.

Qeyd etmək lazımdır ki, dövlət sərhəd xəttinə kifayət qədər yaxın (80-230 m) yerləşən Ermənistan tərəfinin mövqelərindən fərqli olaraq, bu vaxta qədər Azərbaycan tərəfinin döyüş mövqeləri dövlət sərhəd xəttindən təxminən 2 kilometr məsafədə yerləşirdi.

İntensiv atəşə məruz qalmalarna baxmayaraq, şəxsi heyətin səyləri və həmçinin onların hərəkətlərinə taktiki olaraq bacarıqlı rəhbərlik edilməsi nəticəsində, martın 28-də sərhəd xəttindən təqribən 300 metr məsafədəki yüksəklikdə, Azərbaycan sərhədçilərinin yeni döyüş məntəqəsi yaradıldı - bu da düşmənin mövqelərini inkişaf etdirmək planını tamamilə zərərsizləşdirdi və mənasız etdi.

Erməni hərbçilərinə isə, yaxınlıqda qürurla dalğalanan Azərbaycan bayrağına həsrətlə baxmaq qaldı.

Belə bir vəziyyətlə barışmaq istəməyən Ermənistan tərəfi, sərhəd xətti istiqamətində mövqelərini irəli çəkmək üçün iyun ayında yenidən təxribat törətdi, bu da Azərbaycan sərhədçilərini yenidən onları önləmək üçün təsirli tədbirlər görməyə məcbur etdi.

Nəticədə, iyul ayının sonunda Azərbaycan sərhədçiləri döyüş mövqelərini irəli çəkdilər və sərhəd xəttinin yaxınlığında üstünlük təşkil edən yüksəklikdə möhkəmləndilər.

Bunun nəticəsində Ermənistan silahlı qüvvələrinin bir neçə döyüş mövqeyi, habelə Gürcüstandan Ermənistana gedən qaz kəməri və qaz-kompressor stansiyası Azərbaycanın tam nəzarəti altına keçdi. Bu ermənilər üçün inanılmaz tam bir şok oldu.

Buna cavab olaraq Ermənistan tərəfi sərhədə snayperləri çıxardı, atışma nəticəsində 2 Azərbaycan sərhədçisi yaralandı (http://armiya.az/ru/news/148880, http://armiya.az/ru/news/148381), həmçinin bir neçə güllə nəqliyyat vasitəsinə, o cümlədən tibbi nəqliyyat vasitəsinə dəydi, bu isə qəbul edilən ümumi müharibə qanunlarına tamamilə ziddir. (https://www.trend.az/ azerbaijan/politics/ 3097673.html)

Buna cavab olaraq şəxsi heyətin təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görüldü,nəticədə bir erməni snayperi məhv edildi (https://ru.armeniasputnik.am/politics/ 20191003/20640194/V-Tavushe-vsledstvie-strelby-VS-Azerbaydzhana-pogib-28-letniy-armyanskiy-kontraktnik.html) və erməni silahlı qüvvələrinin bir neçə əsgəri yaralandı. Bu məlumatlar erməni mediası tərəfindən təsdiqləndi:

(а) https://ru.armeniasputnik.am/incidents/20190729/19830675/Na-armyano-azerbaydzhanskoy-granitse-ranen-voennosluzhaschiy--ego-vezut-v-Erevan.html,
б) https://ru.armeniasputnik.am/incidents/20190729/19831771/MID-Armenii-soobschilo-o-gibeli-odnogo-i-ranenii-2-voennykh-na-granitse-s-Azerbaydzhanom.html).

Ermənistan tərəfi bu anda nə etdi? Düzdür, gercəkliyə diametrik cəhətdən tam zidd olan ictimai rəy formalaşdırmağa başladı. Beləliklə, avqustun 12-də Ermənistan Müdafiə Nazirinin müavini Qabriel Balayan Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Tavuş istiqamətində həyata keçirilən əhəmiyyətların uğurları barədə açıqlama verdi.(https://ru.armeniasputnik.am/society/20190812/20036476/Armyanskie-VS-poluchili-preimuschestvo-nad-ryadom-pozitsiy-Azerbaydzhana---Balayan.html). Və burada isə hər şey, necə deyərlər qırıldı. Avqustun 16-da Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov təmsil etdiyi xidmətin adından bu məlumatları tamamilə təkzib edərək, əksinə bu istiqamətdə, təmas xəttində Azərbaycan tərəfinin strateji üstünlüyünü vurğuladı. (https://www.1news.az/news/pogransluzhba-azerbaydzhana-podtverdila-vzyatie-pod-kontrol-ryada-strategicheskih-vysot-na-granice-s-armeniey).

Təəssüf ki, bundan sonra da dövlət sərhədində vəziyyət gərgin olaraq qalmaqda davam etdi. Azərbaycan sərhədçilərinin layiqli cavab verməsinə baxmayaraq, erməni tərəfinin atəşkəs rejimini inadkarlıqla pozmağa davam etməsi nəticəsində 61 yaşlı azərbaycanlı ekskavatorçu ölümcül yaralandı (Http://armiya.az/ru/news/151202), buna cavab olaraq Azərbaycan sərhədçiləri düşmənin bir neçə hərbiçisini zərərsizləşdirdi. https://ru.armeniasputnik.am/politics/20191003/20640194/V-Tavushe-vsledstvie-strelby-VS-Azerbaydzhana-pogib-28-letniy-armyanskiy-kontraktnik.html,
б) http://armenianreport.com/pubs/228991/,
в) http://armenianreport.com/pubs/228983/).



Gərginliyin artmasında, Ermənistan tərəfinin əsas məqsədləri barədə soruşsanız, ən məntiqli cavab onların Azərbaycan sərhədçilərini qisas almağa təhrik etməyə, bu fonda özlərini zərərçəkmiş tərəf kimi təqdim etməyə və bu fürsətdən istifadə edərək KTMT-nin müvafiq mexanizmlərinə təsir göstərməyə cəhd etməsidir. Təxminən 30 il əvvəl belə "fəndlər" ermənilərə xeyir gətirirdi, lakin xoşbəxtlikdən zaman dəyişib, bunun sayəsində bütün dünya erməni yalanları və məkrləri barədə kifayət qədər məlumatlıdır.

Yuxarıdakıları yekunlaşdıraraq aşağıdakı nəticələrə gələ bilərik:

- Təmas xəttində gərginliyin artması ilə bağlı hər bir hadisənin təşəbbüskarı Ermənistan Silahlı Qüvvələrinin bölmələridir;
- Mart və iyun aylarında erməni tərəfinin təxribatları bumeranq effekti ilə başa çatdı, yəni Azərbaycan sərhədçiləri ermənilərin hərəkətlərinə cavab olaraq ərazinin strateji əhəmiyyətli hissələrini nəzarətə götürdülər;
- Erməni təxribatının qarşısını almaq üçün həyata keçirilən əməliyyat nəticəsində Azərbaycan sərhədçilərinin döyüş mövqeləri 1,5-1,7 km irəli çəkildi, nəticədə Ermənistan ordusunun döyüş mövqeləri tam nəzarət altına keçdi (bu əməliyyat nəticəsində neçə min hektar ərazinin Azərbaycan sərhədçilərinin nəzarəti altına keçməsi barədə nəticə çıxarmağı oxucuların mühakiməsinə buraxırıq).


Bu vəziyyətdə Ermənistan Silahlı Qüvvələrinin komandanlığı nə edir? Hərbi avantüraya və döyüş itkilərinə görə məsuliyyəti qəbul etmək əvəzinə, “Tavuş istiqamətində əhəmiyyətli hərbi-strateji uğurlar” barədə raport verirlər ki, bu da 3-cü Ordu Korpusunun komandiri, polkovnik Qriqori Xaçaturova (keçmiş KTMT baş katibi, hazırda istintaq altında olan Yuri Xaçaturovun oğlu) “general-mayor” hərbi rütbəsinin verilməsi və müxtəlif erməni KİV-lərində Azərbaycanla sərhəddə yerləşən 140 hektar ərazinin azad olunduğu iddia edilən çoxsaylı saxta məlumatların yerləşdirilməsi ilə dəstəklənir.

Lakin erməni təbliğatı bununla bitmir.
Yenidən Göbbelsin, “yalan nə qədər dəhşətli olursa, camaat da buna bir o qədər həvəslə inanır” sitatına istinad edərək, Ermənistan xüsusi xidmət orqanlarının kuratorları tərəfindən göndərilən sifarişlər ilə erməni mediası, habelə erməni diasporu tərəfindən səxavətlə dəstəklənən və maliyyələşdirilən xarici media agentlikləri (məsələn, Hollandiyanın “bellingcat.com” saytı), Azərbaycan tərəfini Gürcüstan ərazisini işğal etməkdə ittiham edərək Gürcüstanı da bu məsələyə qatmağa çalışırlar. 

Bu vəziyyətdə bir neçə məqsəd güdülür:

a) Azərbaycan-Gürcüstan münasibətlərində fikir ayrılığına səbəb olmaq;
b) Gürcüstanı Ermənistana qarşı istifadə etmək məqsədi ilə öz ərazisini Azərbaycana verməkdə ittiham etmək;
c) Gürcüstan ərazisini ələ keçirmək planları üçün zəmin hazırlamaq. Buna, Gürcüstan özü tədbir görməsə, Ermənistanın ərazisində təhlükəsizliyi hər hansısa bir şəkildə təmin etmək hüququnu özündə saxlaması barədə verilən bəyanat şahidlik edir;
d) Gürcüstan torpaqlarının ələ keçirilməsini, bunun nəticəsində Gürcüstandakı on minlərlə kvadrat metr ərazisi, o cümlədən Gürcüstanın Xujabi monastırı Ermənistan silahlı qüvvələrinin nəzarəti altına keçməsini ört-basdır etmək. Bu barədə gürcü saytı "kavkazplus.com" bu il 5 noyabr tarixli bir materialda ətraflı yazır (http://kavkazplus.com/news.php?id=26929#.XccFpDMzbIU).



Bu yalanların fonunda Azərbaycan-Gürcüstan dövlət sərhəddindəki “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində, Azərbaycan sərhədçilərinə qarşı 14 iyul tarixində törədilən təxribatı xüsusilə yada düşür. Bu təxribat təşkilatçıların və təhrikçilərinin planına əsasən Gürcüstan vətəndaşları arasında çoxsaylı itki verilməsinə səbəb olmalı idi və bununla da Azərbaycan-Gürcüstan münasibətlərini xeyli çətinləşdirəcəkdi.

Yalnız Azərbaycan sərhədçilərinin şüuru və misilsiz dözümlülüyü bu çətin, süni şəkildə yaradılan və təcavüzkar şəkildə şişirdilmiş vəziyyəti həll etməyə imkan verdi.

Böyük ehtimalla, Azərbaycanın Ermənistan və Gürcüstanla sərhədində yuxarıda baş verən hadisələr arasında birbaşa əlaqə olduğunu iddia etmək olar. Bu, kifayət qədər əsaslandırılmış fərziyyə, erməni mətbuatının bu hadisələr barədə yaydığı materialların adi təhlili ilə də təsdiqlənə bilər.

Proseslərin inkişafının sadə məntiqi eyni zamanda Ermənistanın Azərbaycan-Gürcüstan münasibətlərinin pisləşməsindəmaraqlı olan yeganə regional dövlət olduğunu göstərir. Unutmaq olmaz ki, Ermənistanın Azərbaycan və Gürcüstan arasında mübahisə yaratmağa cəhd etməsi ilk dəfə deyil. Bu, panarmenian.net saytında 11 yanvar 2017-ci il tarixində, "Azərbaycan, təxminən 1000 hektar ərazini tutaraq Gürcüstan ərazisində dayaq məntəqələri inşa edir" adlı məqalə ilə də təsdiqlənir. (http://www.panarmenian.net/eng/news/229791/).

Diqqətli bir oxucu sual verə bilər: dırmığın və erməni hərbçilərinin ona olan sevgisinin bura nə aidiyyəti var?

Cavab olduqca aşkardır - XXI əsrdə, hər hansı bir məlumatı tam rahat şəkildə əldə etməyə imkan olduğu bir dövrdə, düşmənin məğlubiyyətlərini zəfər qələbəsi kimi qələmə verməyə çalışması, eyni dırmığı təkrarən taptalamaqla eyni anlama gəlir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri