19 
Noy
2019
12:54
106
55
4088
Virtual karabakh

Ermənistan hərbi rəhbərliyində ciddi dəyişikliklər

19 Noy, 2019
12:54
4088

Ermənistan hərbi rəhbərliyində ciddi dəyişikliklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Müdafiə Nazirliyindəki istefalar və yeni təyinatlar Nikol Paşinyanın rəhbərlik etdiyi kollegiya iclasından sonra həyata keçirilib.

Bu barədə “Joqovurd” yazır. 

Görüşdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın Müdafiə naziri Karem Abramyan da iştirak edib. 

Dərgi qeyd edir ki, dəyişiklik nəticəsində Baş Qərargah rəisinin yalnız bir müavini olacaq. Baş Qərargah rəisinin müavini Onik Qasparyan vəzifəsində qalacaq və çox güman ki, Baş Qərərgah rəisinin hazırkı rəisi Artak Davtyanı əvəz edəcək. 

Baş Qərargah rəisinin digər müavinləri Andranik Markaryan, Stepyan Qalstyan və Tiran Xaçatryanın gələcək taleyi barədə məlumat verilmir. 

Qeyd edək ki, ötən gün Ermənistanın yüksək çinli bir neçə hərbçisi tutduqları vəzifələrdən uzaqlaşdırılıblar. 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri