26 
Noy
2019
17:13
157
73
7752
Virtual karabakh

Rusiya dünyanı qorxuya salan silahı ABŞ mütəxəssislərinə göstərdi

26 Noy, 2019
17:13
7752

Rusiya dünyanı qorxuya salan silahı ABŞ mütəxəssislərinə göstərdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya ordusu ABŞ mütəxəssislərinə “Avanqard” raket sistemlərini nümayiş etdirib.

Bu barədə Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir.

Nümayiş Rusiya ilə ABŞ arasında Strateji Hücum Silahlarının azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında müqavilənin icrası çərçivəsində 24-26 noyabr tarixlərində baş tutub.

Rusiya Müdafiə Nazirliyi məlumat verib ki, müqavilənin etibarlılığı və effektivliyini qorumaq üçün ən yeni silahları nümayiş etdiriblər.

Məlumata görə, “Avanqard” bu ilin dekabrında silahlanlanmaya daxil ediləcək.

“Avanqard” hipersəsli döyüş blokları ilə təchiz edilmiş strateji raket kompleksidir.

Döyüş blokları səsdən 20 dəfə sürətli şəkildə atmosferin qalın qatlarında manevr etmək və qitələrarası məsafəyə uçmaq qabiliyyətinə malikdir.

“Avanqard” raket əleyhinə müdafiə sistemlərini də yara bilmək gücündədir, yəni radarları dəf edir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri