30 
Noy
2019
12:45
36
187
4458
Virtual karabakh

Müdafiə Nazirliyi: Azərbaycan əsgərinin həlak olması növbəti dezinformasiyadır

30 Noy, 2019
12:45
4458

Müdafiə Nazirliyi: Azərbaycan əsgərinin həlak olması növbəti dezinformasiyadır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan mətbuatının guya cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun Həşimov Səbuhi Səttarxan oğlu adında hərbi qulluqçusunun həlak olması barədə yaydığı məlumat növbəti dezinformasiyadır.

Müdafiə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusu cəbhədə itki verməyib və ümumiyyətlə bu ad və soyadda hərbi qulluqçumuz yoxdur:

“Son günlər cəbhə xəttindəki vəziyyətlə bağlı Ermənistan tərəfi bir neçə dəfə yalan məlumat yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq niyyətindədir.

Qarşı tərəfi bu kimi addımlardan çəkinməyə çağırır və düşməni onun istənilən fəaliyyətinin qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alınacağı barədə xəbərdar edirik”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri