Dek
2019
14:00
26
68
6120
Virtual karabakh

MN Göyçayda tapılan hava şarı ilə bağlı məsələyə aydınlıq gətirdi

4 Dek, 2019
14:00
6120

MN Göyçayda tapılan hava şarı ilə bağlı məsələyə aydınlıq gətirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyi Göyçayda evin həyətinə düşən bağlama barədə məsələyə münasibət bildirib. 

MN-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, atmosferin meteoroloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə artilleriya təlimlərindən əvvəl helium qazı doldurularaq buraxılan zond (şar) havanın müxtəlif parametrlərini ölçmək imkanı verir:

“Meteoroloji vəziyyəti qiymətləndirmək üçün havaya buraxılmış bu zond təhlükəsizdir və təşvişə heç bir səbəb yoxdur”.

Qeyd edək ki, bəzi yerli elektron KİV-də Göyçay rayonunda yaşayan sakinlərdən birinin evinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlama düşüb və üzərində “Ermənilər şərərfsizdir, hər şey vətən üçün” yazısı yayılıb. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri