Dek
2019
17:09
162
50
6005
Virtual karabakh

Prokurorluq və DİN əməkdaşları hərbi hissədə görüş keçirib - FOTO

5 Dek, 2019
17:09
6005

Prokurorluq və DİN əməkdaşları hərbi hissədə görüş keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağ hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov və DİN-nin Tibb Baş İdarəsinin Bərdə Regional Tibb Xidmətinin rəisi, tibb xidməti polkovnik-leytenantı Həbib Məmmədov Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində görüş keçirib.

Oxu.Az xəbər verir ki, hərbi hissədə yaradılan şəraitlə tanış olan F.Şükürov və H.Məmmədov şəxsi heyət qarşısında çıxış ediblər.

Hərbi hissədə şəxsi heyət qarşısında çıxış edən ədliyyə polkovniki Fərid Şükürov narkomaniya ilə mübarizə barədə çıxış edib.

Polkovnik-leytenant Həbib Məmmədov, eyni zamanda, dini radikalizmə qarşı çıxışlar edib. Ölkəmizdə din pərdəsi altında görülən bir sıra əməllərin aşkarlanması istiqamətində danışıqlar aparıb.

Daha sonra polkovnik F.Şükürov və polkovnik-leytenant H.Məmmədov şəxsi heyətin suallarını cavablandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri