22 
Dek
2019
19:18
42
134
9633
Virtual karabakh

Müdafiə Nazirliyindən açıqlama: Yayılan məlumatların heç bir əsası yoxdur və yalandır

22 Dek, 2019
19:18
9633

Müdafiə Nazirliyindən açıqlama: Yayılan məlumatların heç bir əsası yoxdur və yalandır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyi son günlər bəzi xarici elektron media resurslarında İsrailə məxsus hərbi təyinatlı vasitələrin guya Azərbaycanda yerləşdirilməsi və bu ərazidən İrana qarşı zərbə endirilməsi barədə yayılan absurd xəbərlərə münasibət bildirib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub: 

“Bu kimi məlumatlar dezinformasiya və saxta xəbərdən başqa bir şey deyildir. Yayılan məsuliyyətsiz, təxribat xarakterli məlumat uğursuz şəkildə qonşularla olan münasibətlərimizə xələl yetirmək məqsədi güdür.  

Bir daha bildiririk ki, hər hansı xarici ölkəyə məxsus heç bir hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib, bu barədə yayılan məlumatların heç bir əsası yoxdur və yalandır”. 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri