23 
Dek
2019
09:21
125
21
3950
Virtual karabakh

NATO-Rusiya qarşıdurması güclənir - Admiraldan XƏBƏRDARLIQ

23 Dek, 2019
09:21
3950

NATO-Rusiya qarşıdurması güclənir - Admiraldan XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO kəşfiyyat təyyarələrinin Rusiya sərhədlərində həyata keçirdiyi uçuşların intensivliyi artıb.

Oxu.Az xəbər verir ki, bunu Baltik Donanmasının komandiri, admiral Aleksandr Nosatov “Krasnaya Zvezda” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Rusiyanın dəniz və quru sərhədləri boyunca müxtəlif siniflərə aid kəşfiyyat təyyarələrinin uçuşları çoxalıb.

Belə ki, onun sözlərinə görə, ötən il bu rəqəm 578 idisə, 2019-cu ildə 800-ə yüksəlib.

A.Nosatov qeyd edib ki, döyüş təyyarələrinin fəallığı isə iki dəfə artıb.

“Bu cür fəaliyyət Baltik Donanmasının dəniz pilotlarını gündə bir neçə dəfə uçmağa məcbur edir”, - deyən admiral əlavə edib ki, 2019-cu ildə NATO Rusiya sərhədləri yaxınlığında 300-ə yaxın hərbi təlim keçiriblər.

A.Nosatov onu da bildirib ki, NATO-nun istənilən hərbi fəaliyyəti Baltik Donanması tərəfindən izləniləcək.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri