28 
Yan
2020
16:49
169
96
2696
Virtual karabakh

Polkovnik: Taktiki təlimlər Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılmasına xidmət edir

28 Yan, 2020
16:49
2696

Polkovnik: Taktiki təlimlər Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılmasına xidmət edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Taktiki təlimlər döyüş hazırlığının ən yüksək zirvəsidir. Belə tədbirlər Azərbaycan Ordusunun hərbi qüdrətinin, fiziki imkanlarının artırılmasına xidmət edir”.

Bunu Report-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov deyib.

Onun sözlərinə görə, təlimlər komandirlərdə, qərərgahlarda, şəxsi heyətdə müsbət vərdişləri möhkəmləndirir:

“Bu, həmçinin, bölmələrin, əsgərlərin idarəolunmasından tutmuş, hədəflərin məhv olunmasına qədər döyüş hazırlığının bir analizidir. Hər bir taktiki təlim komandirlərin, qərargahların işini, fəaliyyətini mükəmməlləşdirir.

Bunlar ordu üçün böyük məktəbdir. Hesab edirəm ki, təlimlərin əhəmiyyətini sözlə və rəqəmlə ifadə etmək mümkün deyil. Hər bir təlim qoşunların püxtələşməsində böyük rol oynayır”.

Ehtiyatda olan polkovnik bildirib ki, bu gün Azərbaycan Ordusu yüksək döyüş hazırlığına malikdir:

“Bildiyiniz kimi, Azərbaycan Ordusunun tez-tez hərbi təlimləri keçirilir. Hesab edirəm ki, həmin təlimlərdə qarşıya qoyulan məqsədlərə tam şəkildə nail olunur. Şəxsi heyət həmin təlimlərdə böyük təcrübə qazanır. Bu nə qədər çox olarsa, bir o qədər yaxşıdır”.

M.Cahangirov qeyd edib ki, bu gün Azərbaycanın çox güclü ordusu var:

“Ordumuz döyüş qabiliyyətlidir, istənilən tapşırığı yerinə yetirməyə qadir və hazırdır”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri