Fev
2020
17:35
39
506
6336
Virtual karabakh

Gerasimov Nəcməddin Sadıkovla nəyi müzakirə etdi? - YENİLƏNİB + VİDEO

6 Fev, 2020
17:35
6336

Gerasimov Nəcməddin Sadıkovla nəyi müzakirə etdi? - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 6-da Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

Qonaqları salamlayan general-polkovnik N.Sadıkov iki ölkə arasında əlaqələrin qurulmasında dövlət başçılarının böyük rol oynadıqlarını, əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam əsasında aparıldığını, bu əlaqələrin daim inkişaf etdiyini və son illərdə strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini qeyd edib.

Baş Qərargah rəisi bildirib ki, mayın 9-da Moskvada keçiriləcək Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı barədə dövlət səviyyəsində qərar qəbul edilib və bu məqsədlə artıq fəal hazırlıq işləri həyata keçirilir.

Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan general-polkovnik N.Sadıkov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ordu generalı V.Gerasimov da əlaqələrimizin tarixi köklərə əsaslandığını, ölkələrimizin strateji tərəfdaş olduğunu qeyd edərək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini qeyd edib.

Sonra tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyətini və əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sonda ordu generalı V.Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı ilə növbəti ikitərəfli görüşün Bakıda təşkil edilməsi və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

17:28

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovu qəbul edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, V.Gerasimov Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla da görüşüb.

V.Gerasimov və N.Sadıkov beynəlxalq və regional təhlükəsizlik problemlərini, habelə hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Rabitə İdarəsi bildirib ki, V.Gerasimov və N.Sadıkov Xəzərdə müdafiə sahəsində qarşılıqlı əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.

Qeyd edək ki, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters də Bakıda səfərdədir.

Onunla V.Gerasimovun Bakıda görüşü keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri