14 
Fev
2020
17:26
187
68
3773
Virtual karabakh

Azərbaycanda hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün görülən işlər - ARAŞDIRMA

14 Fev, 2020
17:26
3773

Azərbaycanda hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün görülən işlər - ARAŞDIRMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu ölkədəki ordu quruculuğu işində də özünü qabarıq göstərir. Orduda aparılan islahatlar, vaxtında və yüksək səviyyədə həyata keçirilən tədbirlər bu sahədə zəruri irəliləyişlərin əldə olunması üçün stimul rolunu oynayır.

Hərbi qulluqçuların sosial və məişət şəraitinin daim yaxşılaşdırılması, aylıq vəzifə maaşlarının dəfələrlə artırılması, təhsil, təlim və tibb sahəsində yeni metodların tətbiq olunması gözlənilən yüksək nəticələrə rəvac verib.

Son bir neçə il ərzində Azərbaycan hərbi qulluqçularına geniş yaşayış sahəsinə malik yüzlərlə mənzillərin orderlərinin paylanması şəxsi heyət arasında ruh yüksəkliyi yaradan amillərdən biridir.

Müqayisə üçün bildirmək olar ki, son illər Azərbaycanda ordu ilə bağlı həyata keçirilən bir sıra tədbirlərin keçmiş MDB məkanında belə analoqu yoxdur. Məsələn, son yeddi ilə nəzər salsaq, görərik ki, 2013-cü ilin sonlarında Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 25 hərbi qulluqçu daimi, 2014-cü ildə 110 hərbi qulluqçu ailəsi xidməti, 2015-ci ildə 1000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 hərbçi ailəsi daimi, 2017-ci ildə Hərbi Hava Qüvvələrinin aviabazasında 50 nəfər hərbçi daimi, 2018-ci ildə isə 394 hərbi qulluqçu daimi (onlardan üçü birotaqlı, 192-si ikiotaqlı, 185-i üçotaqlı, 14-ü isə dördotaqlı) mənzillərlə təmin olunub.

Bundan əlavə, hərbi qulluqçuların və onların ailə üzvlərinin mədəni istirahətinin daha yüksək səviyyədə təşkili üçün 2019-cu ildə də Silahlı Qüvvələrin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar hərbi qulluqçular üçün inşa edilən növbəti yaşayış binası istifadəyə verilib.

Eyni zamanda, ötən il Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksindən 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına 436 ədəd tam təmirli mənzil alınıb və həmin mənzillər hərbi qulluqçuların mülkiyyətinə verilib.

Müasir dövrün ən yüksək tələbləri səviyyəsində qurulan bu mənzillərin açılış tədbirlərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəxsən iştirak etməsi, bir tərəfdən dövlət rəhbərinin ordumuza inam və etimadının ifadəsidirsə, digər tərəfdən, dövlətin bu mühüm və vacib sahəyə xüsusi önəm verməsinin göstəricisidir.

Bu gün bütün hərbi qulluqçuların maddi rifah halı yüksəlib. Təbii ki, atılan addımlar ordumuzun döyüş hazırlığının yüksəldilməsi və torpaqlarımızın işğaldan azad olunması naminədir. Ancaq bu gün Azərbaycanın dinamik inkişafını gözü götürməyən, mənzillərin bölgüsünə etirazla yanaşan, ölkənin paytaxtından kənarda mənzillə təmin olunmağa etiraz edənlərə də rast gəlinir.

Təbii ki, ölkədə aparılan dərin islahatlar antiazərbaycan dairələri narahat edir və həmin qüvvələr Azərbaycana qarşı o insanlardan istifadə edir. Görünən odur ki, onların məqsədi Azərbaycanın inkişafına, hərbi qulluqçuların sosial rifahının daha da yaxşılaşmasına xidmət edən işlərin üzərinə kölgə salmaqdır.

Reallıq isə ondan ibarətdir ki, şəhid ailələri, müharibə veteranları və əlilləri, eləcə də, hər bir hərbi qulluqçu Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.

Bütün bunlar da hərbi qulluqçuların qarşısında qoyulan vəzifələrin icrasına məsuliyyətini daha da artırır, Vətən qarşısında borcunu vicdanla yerinə yetirməyə ruhlandırır. 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri