20 
Fev
2020
10:51
35
280
9206
Virtual karabakh

Azərbaycan Ordusunun bir müddət əvvəl itkin düşmüş əsgərinin meyiti neytral ərazidən götürüldü - FOTO

20 Fev, 2020
10:51
9206

Azərbaycan Ordusunun bir müddət əvvəl itkin düşmüş əsgərinin meyiti neytral ərazidən götürüldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Ordusunun hərbçisinin meyitinin neytral ərazidən götürülməsi barədə yayılan xəbərləri təsdiqləyib. 

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə BQXK Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib. 

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb.

İtkin düşən hərbçinin meyiti bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri