20 
Fev
2020
14:09
226
30
3555
Virtual karabakh

Paşinyanın İlham Əliyevlə debatda adını çəkdiyi qəzet: “Mütəllibov belə fikir səsləndirməyib”

20 Fev, 2020
14:09
3555

Paşinyanın İlham Əliyevlə debatda adını çəkdiyi qəzet: “Mütəllibov belə fikir səsləndirməyib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Baş naziri Nikol Paşinyanın fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən debatda Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibovla bağlı səsləndirdiyi fikrini istinad etdiyi “Arqumenti i faktı” qəzeti məsələ ilə bağlı rəsmi açıqlama yayıb. 

Oxu.Az xəbər verir ki, nəşrin rəsmi saytında yer alan məlumatda N.Paşinyanın fikirlərini təkzib edilib:

“Ermənistan baş naziri fikirlərində yanılıb. Xatırladaq ki, Mütəllibov 1992-ci ildə qəzetimizə müsahibə verməyib. 1995-ci ildə Ayaz Mütəllibovun “Arqumenti i faktı” qəzetinə müsahibəsində isə o, Xocalı qətliamı ilə bağlı bu cür fikirlər səsləndirməyib”.

Qeyd edək ki, N.Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə debatda belə bir fikir səsləndirmişdi:

“90-cı illərin ortalarında Azərbaycanın keçmiş Prezidenti Ayaz Mütəllibov Rusiyanın “Arqumentı i Faktı” qəzetinə müsahibəsində bildirmişdi ki, Xocalıdakı təxribat onu hakimiyyətdən uzaqlaşdırmaq üçün Azərbaycan müxalifəti tərəfindən hazırlanmışdı”.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri