22 
Fev
2020
13:11
158
12
2493
Virtual karabakh

Əzəmətxan Amirtay: “Sizin acınız bizim də acımızdır”

22 Fev, 2020
13:11
2493

Əzəmətxan Amirtay: “Sizin acınız bizim də acımızdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan xalqı Azərbaycan xalqının dərdini bölüşür və Xocalı faciəsinin yaxınlaşan ildönümü ilə əlaqədar başsağlığı verir.

Bunu Qazaxıstan Respublikasının Prezidenti yanında Milli İctimai Etimad Şurasının üzvü Əzəmətxan Amirtay Media.Az-a müsahibəsində söyləyib.

Fevralın 26-da Xocalı soyqırımının 28-ci ildönümüdür. Faciə zamanı yüzlərlə insan öldü, minlərlə insan yaralandı və ya əsir alındı. Bu, Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi ilk insanlıq əleyhinə cinayəti deyildi. Lakin Xocalı faciəsi münaqişə tarixi dövründə törədilən ən qanlı hadisə oldu. Ermənistanın siyasi rəhbərliyi də açıq şəkildə məsuliyyəti öz üzərinə götürdü.

“Mən bu faciə haqqında bilirəm. Əlbəttə, insanlıq əleyhinə cinayət - baş verə biləcək ən dəhşətli hadisədir. Dinc insanlar öldü. Bəs bundan sonra nə etməli? O hadisələri xatırlamaq ağırdır. Ancaq yaşamağa davam etməliyik. Əlbəttə, düşünmürəm ki, bu cinayətdə bütün erməni xalqı günahlandırılmalıdır. Ancaq siyasətçilər, mülki şəxslərin qətliamında iştirak edən hərbçilər müəyyən edilməli və cəzalandırılmalıdır! Biz hamımız günahkarları axtarmaq üçün birləşməliyik və mütləq onları cəzalandırmalı, məhkəməyə verməliyik! Və imkanlar da mövcuddur. Məsələn, Haaqada Beynəlxalq Cinayət Məhkəməsi var. Cinayətkarlar məhkum edilməlidir”, - deyə Ə.Amirtay vurğulayıb.

“Azərbaycanlılar bizim üçün yaxın, doğma xalqdır. Biz həmfikirik, sizə görə narahatlıq keçiririk, sizi dəstəkləyirik. Sizin acınız elə bizim də acımızdır”, - deyə Ə.Amirtay bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri