26 
Fev
2020
12:42
12
248
2837
Virtual karabakh

Xocalıdan heç kim sağ çıxmadı...

26 Fev, 2020
12:42
2837

Xocalıdan heç kim sağ çıxmadı...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günay Malikqızı yazır...

Bu gün hava soyuqdur.

O gün də çox soyuq imiş...

Əliyalın, silahsız insanlar cəlladlardan qurtulmaq üçün doğma yurdlarının qoynuna səpələndilər.  

1992-ci il fevralın 25-dən 26-na keçən gecə özünü soyuq qışın ağuşuna atanlar şaxtalı havanın mərhəmətinə sığındılar. Amma hardan bilsinlər ki, o gecə dünya mərhəmət hissini unutmuşdu?!

Mən Xocalını şəkillərdə, videolarda görmüşəm. Amma yaşadığım hər gün, bu gün də erməni əsirliyində olan, erməninin zorladığı Azərbaycan qadınını xatırlayıram, ona aciz olduğumu deyirəm.

Mənə elə gəlir ki, o ağlayıb, göz yaşlarını siləndə, mənim onu hər gün xatırladığımı hiss edəcək... Bu, o qadına nə verəcək? Heç nə! Bəs mənə?

Gülməyimə, şənlənməyimə, sevinməyimə, sevilməyimə, sevməyimə, aldıqlarıma, gördüklərimə və ən əsası, eləmədiklərimə görə hər gün onu xatırlamaqla ondan üzr istəyirəm...

Bəli, həmin gün insanlar görə biləcəkləri ən dəhşətli hadisələri yaşadılar.

O günü xatırlaya bilənlərin böyük qismi həyatda deyil. Həyatda olanlar isə xatırladıqlarını danışmaq istəməzlər. Onlar üçün çətindir.

Sevdiklərini, evlərini, hüzurlarını, doğma yurdlarını itirdikləri o gecəni xatırlamaq, gördüklərini danışmaq istəməzlər.

Xocalıda yaşananları sözlərlə anlatmaq olmur.

Xocalı faciəsini yaşayanlar o gecə barədə sözlərlə yox, gözlərindəki yaş və gizlədə bilmədikləri qəzəblə danışırlar.

Əslində, o dəhşətli gecəni yaşadıqdan sonra yaşayanlar Xocalıda qaldılar.

Xocalıdan heç kim sağ çıxmadı.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri