26 
Fev
2020
14:43
116
14
2513
Virtual karabakh

“Ana harayı”nın 28 illik sükutu - FOTOREPORTAJ

26 Fev, 2020
14:43
2513

“Ana harayı”nın 28 illik sükutu - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xocalı soyqırımından 28 il keçsə də, onun insan taleyində qoyduğu izlər hələ də unudulmur. Erməni vəhşiliyi qəlblərdə, ağıllarda, yuxularda “iz” salmaqla yanaşı, həm də Xocalı şahidlərinin bədənlərində həkk olunub. 

Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş qara gecə, qanlı tarix...

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıdakı yüzlərlə soydaşımızın arzuları, xəyalları ürəyində qaldı. Erməni işğalçıları gecə ilə Xocalını üzük qaşı kimi mühasirəyə alaraq silahlı hücuma keçdilər.

Yüzlərlə dinc, silahsız əhaliyə divan tutdular. Bu amansız soyqırımı XX əsrin ən dəhşətli hadisələrindən biri kimi tarixə düşdü. Azərbaycanın Xocalı şəhərində erməni silahlı quldurları tərəfindən qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib.

Xocalı şəhəri yerlə-yeksan edilib, 150 nəfər itkin düşüb, 1275 nəfər əsir götürülərək, ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilən dinc sakinlərin meyitləri təhqir edilib.

Həmin dəhşətli gecədən iyirmi səkkiz il keçməsinə baxmayaraq, bu gün Xocalı soyqırımını törədən erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də layiqli cəzalarını almayıblar.

Azərbaycanın beynəlxalq ictimaiyyətə mütəmadi müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısa da, təəssüf ki, bu dəhşətli cinayətə etinasız yanaşanlar da var.

Xalqımız, eləcə də, bir sıra rəsmi nümayəndələr hər il fevral ayının 26-da Xocalıda qətlə yetirilən günahsız insanların xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinin qarşısında toplaşaraq onları bir dəqiqəlik sükutla yad edir.

Oxu.Az Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsinin qarşısında keçirilən anım mərasimindən fotoreportajı təqdim edir:

Könül Cəfərli 
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri