28 
Fev
2020
15:00
78
170
6950
Virtual karabakh

Hərbi qurumun baş katibindən Qarabağ AÇIQLAMASI: “Lazım gəlsə, mövqeyimizi bildirəcəyik”

28 Fev, 2020
15:00
6950

Hərbi qurumun baş katibindən Qarabağ AÇIQLAMASI: “Lazım gəlsə, mövqeyimizi bildirəcəyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi daim Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) diqqət mərkəzindədir.

Oxu.Az-ın məlumatına görə, bunu Yerevanda səfərdə olan KTMT-nin baş katibi Stanislav Zas erməni jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, KTMT münaqişə ilə bağlı quruma üzv dövlətləri məlumatlandırmaq üçün yaxşı sistem qurub.

Baş katibin sözlərinə görə, KTMT-yə üzv ölkələrin dövlət başçılarının zirvə toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunur.

“Lazım gələrsə, KTMT münaqişə ilə bağlı mövqeyini bildirəcək. Dövlət başçılarının və xarici işlər nazirlərinin açıqlamaları ictimaiyyət üçün açıqdır. Mən bunları şərh etməyəcəyəm”, - deyə S.Zas bildirib.

O qeyd edib ki, qurum münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

“Problemin həllinin yalnız bir yolu var – bu, siyasi yoldur. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin gördüyü işlər beynəlxalq hüququn norma və prinsiplərinə, BMT nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanır”, - deyə S.Zas bildirib.

Qeyd edək ki, Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan KTMT-nin üzvüdür.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri