12 
Mar
2020
16:53
108
230
6552
Virtual karabakh

Ermənistan Naxçıvan cəbhəsində atəşkəsi pozdu: Cavab tədbirləri görülür

12 Mar, 2020
16:53
6552

Ermənistan Naxçıvan cəbhəsində atəşkəsi pozdu: Cavab tədbirləri görülür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 12-i səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, əsasən, düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb.

Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti tərəfindən qətiyyətli cavab tədbirləri görülür və atəşkəs rejiminin pozulmasının fəsadları araşdırılır.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri