10 
Apr
2020
11:50
166
47
2699
Virtual karabakh

MiQ-29 və Su-25 təyyarələrinin ekipajları ilə taktiki-uçuş təlimi keçirilib - VİDEO

10 Apr, 2020
11:50
2699

MiQ-29 və Su-25 təyyarələrinin ekipajları ilə taktiki-uçuş təlimi keçirilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin MiQ-29 və Su-25 təyyarələrinin cəlb olunması ilə taktiki-uçuş təlimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim zamanı qarışıq aviasiya qrupları tərəfindən yerüstü hədəflərin məhv edilməsi, hava hədəflərinin ələ keçirilməsi, hava hücumundan müdafiə səddinin aşılması və radioelektron mübarizə vasitələrindən istifadə olunmaqla şərti düşmənin hava hücumunun dəf edilməsi kimi tapşırıqlar məşq etdirilib.

Pilotlar yeni və modernizə olunmuş radioelektron mübarizə vasitələri ilə yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemlərinin susdurulması imkanlarını yoxlayıb, eləcə də aviasiya vasitələrinin tətbiqi bacarıqlarını təkmilləşdiriblər.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri