17 
Apr
2020
12:38
72
128
3601
Virtual karabakh

Sergey Balmasov: “2016-cı ilin aprel ayında baş verənlər Azərbaycan Silahlı Qüvvələrinin uğurudur” - MÜSAHİBƏ

17 Apr, 2020
12:38
3601

Sergey Balmasov: “2016-cı ilin aprel ayında baş verənlər Azərbaycan Silahlı Qüvvələrinin uğurudur” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan ötən gün aprelin 16-da parlamentə çağırıldı. Parlamentdə 2016-cı ilin “Aprel müharibəsi”ni araşdıran komissiya üzvləri ona suallar verdilər.

Erməni ictimaiyyəti “dindirilmə”nin nəticələrindən çox da razı qalmadı. Məlum oldu ki, komissiya “ordudan benzin oğurluğu” müstəvisində araşdırma aparır.

Ancaq erməni analitiki Samvel Aslikyanın yazdığı kimi, siyasi və geosiyasi amili nəzərə almaq lazımdır. O, Nikol Paşinyanın sözlərini sitat gətirib, belə ki, hazırkı baş nazir 2018-ci ilin mart ayında Ermənistan Milli Məclisinin deputatı olarkən “Azərbaycanın müharibəni Rusiya Federasiyası ilə razılaşdırdığını” demişdi (yeri gəlmişkən, Media.Az bu video barədə artıq məlumat verib).

Samvel Aslikyan Bakı, Moskva və Serj Sarqsyan rejimi arasında “cinayətkar sövdələşmənin ifşa edilməsi”ndə israrlıdır.

Bu arada Ermənistanın sabiq prezidenti Serj Sarqsyan dörd il əvvəl “bizə (“biz”, yəni kim? Axı Ermənistana heç kim hücum etməyib - red.) düşmən tərəfindən xaincəsinə hücum edildi, genişmiqyaslı hərbi əməliyyatlar zamanı Azərbaycan öz arsenalındakı, demək olar ki, bütün vasitələrdən istifadə etdi” deyib.

Azərbaycan Silahlı Qüvvələrinin isə öz imkanlarının heç 1/10 hissəsindən istifadə etmədiyini, əks hücuma ancaq ön birləşmələrin keçdiyini, korpusların işə salınmadığını deməyin yeri yoxdur, erməni tərəfini inandırmaq mümkün deyil, heç cəhd etməyə belə dəyməz.

Rusiyanın Yaxın Şərq İnstitutunun eksperti, siyasi analitik Sergey Balmasov Media.Az-a verdiyi müsahibədə 2016-cı ilin aprelində Ermənistan ordusunun məğlub olması ilə əlaqədar açıqlamalar verən Serj Sarqsyanın parlamentə çağırılmasını şərh edib.

- Erməni analitiklər dinləmələr zamanı 2016-cı ilin aprel ayında Moskva, Bakı və Serj Sarqsyan arasında “gizli sözləşmə” (?!) barədə məsələnin qaldırılmamasından narazıdırlar. Bunun Rusiya əleyhinə düşüncələrin növbəti təzahürü olduğu aydındır. Sizcə, bununla bağlı insanlar nə düşünür?

- 2016-cı ilin aprel ayında baş verənlər Azərbaycan Silahlı Qüvvələrinin uğurudur. Bəli, qələbə lokal idi, amma zəfər bir həqiqətdir. Bu isə keçmiş hökumətin əleyhdarları üçün “hədiyyə” oldu. Bundan əlavə, Ermənistanın bütün siyasi qüvvələri Moskvaya qarşı ziddiyyətli hisslər üzərində oynayırlar. Əlbəttə ki, bunun yan zərbəsi Moskvaya da dəyir. Ancaq ümumilikdə, hər şey ermənidaxili istifadəyə yönəlib.

- Bəs Moskva ilə Bakı arasında müəyyən razılaşma barədə deyilənlər sizə qəribə gəlmir?

- Bilirsiniz, başqasının beyninə daxil olmaq çətindir. Ancaq bəzi millətçi qüvvələrin nümayəndələri hesab edirdilər ki, Rusiyanın Ermənistanda hərbi bazası varsa, o zaman Moskva başqa bir ölkəyə qarşı müharibəyə getməlidir, çünki özləri öhdəsindən gələ bilmirlər. Lakin bu, belə deyil. Onlar hesab etməsinlər ki, “qaşıqla yedizdiriləcəklər”.

2016-cı ilin aprel hadisələrinin “maddiləşməsinə” çalışılır. Buna görə də, Serj Sarqsyan parlamentə çağırıldı. Bu, çoxgedişli kombinasiyadır. Ermənistanda 2016-cı ilin aprel döyüşlərindəki məğlubiyyətdən öz maraqları üçün istifadə etməyə çalışırlar.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri