20 
Apr
2020
11:18
365
24
6685
Virtual karabakh

Azərbaycanda ordudan tərxis başladı

20 Apr, 2020
11:18
6685

Azərbaycanda ordudan tərxis başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, bu gündən etibarən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanıb.

Müdafiə nazirinin tapşırığına əsasən, ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq.

Qeyd edək ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri