May
2020
09:06
253
64
6709
Virtual karabakh

Prezidentin köməkçisi və Zakir Həsənov ön xətdəki hərbi hissələrdə - VİDEO

5 May, 2020
09:06
6709

Prezidentin köməkçisi və Zakir Həsənov ön xətdəki hərbi hissələrdə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdə olublar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qoşunların təmas xəttindəki əməliyyat şəraiti barədə məruzələri dinlədikdən sonra general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov üzbəüz yerləşən düşmən mövqelərini müşahidə ediblər. Müdafiə naziri bölmələrin daim döyüşə hazır vəziyyətdə olması barədə müvafiq tapşırıqlar verib.

Ön xətdə olan Müdafiə naziri cəbhənin Talış kəndi istiqamətindəki döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Şəxsi heyətlə görüş zamanı Ali Baş Komandanın Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi və hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində fəaliyyətlərin davam etməsindən danışan general-polkovnik M.Əliyev bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu da xüsusi vurğulayıb.

Sonra tank bölmələrində olan general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov tank ekipajları ilə görüşərək onların döyüş hazırlığını yoxlayıb və xidmətləri ilə maraqlanıblar.

Sonda hərbi qulluqçularla birgə nahar süfrəsi təşkil edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri