14 
İyl
2020
02:23
142
343
23370
Virtual karabakh

Azərbaycan-Ermənistan sərhədində son vəziyyət: Ermənistan atəşkəsi yenə pozur - VİDEO

14 İyl, 2020
02:23
23370

Azərbaycan-Ermənistan sərhədində son vəziyyət: Ermənistan atəşkəsi yenə pozur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gördüyünüz kimi ermənilər yenə atəşkəsi pozurlar. Azərbaycan Ordusu bu gün nəzarəti tam şəkildə həyata keçirir və istənilən düşmən təxribatının qarşısını almağa qadirdir”.

Trend-in məlumatına görə, bunu hazırda Tovuzun Ağdam kəndində olan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, əsas məqam ondan ibarətdir ki, Ağdam kəndi Tovuzun qəhrəman kəndlərindən biridir. Bütün problemlərlə mübarizədə Ağdam kəndinin sakinləri Azərbaycan Ordusu ilə birlikdədir:

“Ermənilərin xüsusən bu istiqamətdə təxribat törətməkdə bir neçə məqsədləri var: İlk növbədə onlar bu strateji yerə nəzarəti ələ keçirməklə ərazidən keçən dəmir yolu, avtomobil yoluna nəzarəti gücləndirsinlər. Buna görə də bu istiqamətdə mövqe uğrunda mübarizə aparırlar. Digər bir yandan Ermənistan hakmiyyəti ölkədəki sosial-iqtisadi problemlərindən erməni cəmiyyətində yaranan narazılığı bu istiqamətə yönəltməyə çalışırlar”.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri