14 
İyl
2020
16:45
595
19
2588
Virtual karabakh

Ukrayna Ali Radasının deputatları erməni təxribatını pisləyən bəyanatla çıxış edib

14 İyl, 2020
16:45
2588

Ukrayna Ali Radasının deputatları erməni təxribatını pisləyən bəyanatla çıxış edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlərlə əlaqədar bəyanat yayıb.

Oxu.Az-ın məlumatına görə, deputatlar sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

“Ölən Azərbaycan əsgərlərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - bəyanatda deyilir.

Sənəddə deputat qrupunun üzvləri beynəlxalq birlik tərəfindən tanınan sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığının ardıcıl tərəfdarı olduqlarını vurğulayıblar.

“Biz münaqişə tərəflərini ehtiyatlı və təmkinli olmağa, vəziyyətin gərginləşməsinə yol verməməyə, beynəlxalq hüquqa və atəşkəs rejiminə əməl etmək üçün maksimum səy göstərməyə dəvət edirik”, - deyə, bəyanatda bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri