14 
İyl
2020
18:28
61
473
2290
Virtual karabakh

Deputat: “Erməni ordusu hər zaman öz mənfur davranışları ilə fərqlənib”

14 İyl, 2020
18:28
2290

Deputat: “Erməni ordusu hər zaman öz mənfur davranışları ilə fərqlənib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan ordusunun gücü tək sahib olduğu müasir silahlarda deyil, həm də əsgərlərin və zabitlərin qələbəyə və haqq işimizə olan güclü inamındadır”. 

Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Tahir Mirkişili erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəsi pozması ilə baş verən döyüşlərə münasibət bildirərkən deyib. 

O bildirib ki, düşməni ən çox Azərbaycan Ordusunun gücü, hərbçilərimizin inamı qorxudur:

“Məhz bu inam döyüş yerində generallarımızı əsgərlərin yanında olmağa sövq edir. Biz bunu 2016-cı il Aprel döyüşlərində də gördük. Lələtəpə əməliyyatında hücumun önündə məhz generallarımız və zabitlərimiz idi. Erməni ordusu hər zaman öz mənfur davranışları ilə fərqlənib. Onların generalları oğru, cinayətkar və uşaq qatilləridir. Döyüş bölgəsində olan zabitlərin də qaçması ilə bağlı yayılan videolar düşmən ordunun hansı dəyərlərə sahib olduğunu bir daha göstərir”. 

T.Mirkişili şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı bildirir:

“Bu gün ordumuzun bir qəhrəman generalı şəhid oldu. Bir generalın şəhid olması o ordunun qələbəyə inancının göstəricisidir. Yalnız rəşadətli və əzmkar ordunun generalı birbaş döyüşdə iştirak edər, ya qalib gələr, ya şəhid olar. Biz bu gün hər iki anı yaşadıq. Ordumuz cəbhədə azğın düşməni məhv edir, həm də öz canlarını sipər edirlər. Amma şəhidlərin qanı yerdə qalmır, qisas hər gün alınır. Güclü Ali Baş Komandan, güclü ordu, vətənini sevən xalq -  daxili və xarici düşmənlərin hədəfi bunlardır. Amma nail ola bilməyəcəklər. Bizim işimiz haqq işidir. Azərbaycan xalqı şəhid övladları ilə hər zaman fəxr edir və daim onlarla qürur duyacağıq! Allahdan şəhidlərimizə rəhmət, yaralı hərbçilərimizə şəfa diləyirəm”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri