15 
İyl
2020
14:06
30
237
4232
Virtual karabakh

Daha bir neçə ölkə və təşkilat cəbhədəki vəziyyətlə bağlı narahatdır - VİDEO

15 İyl, 2020
14:06
4232

Daha bir neçə ölkə və təşkilat cəbhədəki vəziyyətlə bağlı narahatdır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan silahlı qüvvələrinin Azərbaycan - Ermənistan dövlət sərhədində üç gündür törətdiyi təxribat  artıq dünya dövlətlərinin və beynəlxalq təşkilatların reaksiyalarını bir-birinin ardınca düzür.

ABŞ hərbi eksperti Lyuk Koffi Azərbaycanı dəstəkləyən statuslar yazıb:

“Ermənistan və Azərbaycan arasındakı son döyüşlərə gəldikdə, bəzi vacib məqamları unutmamalıyıq: Hazırda Ermənistan Azərbaycanın, demək olar ki, 20 faiz torpaqlarını işğal edib. Rusiya Ermənistanın bunu etməsinə icazə verir və İran da bundan faydalanır”.

Birləşmiş Krallıq da sərhəddə atəşkəs rejiminin pozulmasından narahatlığını bildirib:

“Hər iki tərəfi təmkinli olmağa və gərginliyi daha da artıra biləcək ritorikadan çəkinməyə çağırırıq. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş danışıqlar prosesinə dəstəyimizi bir daha bildiririk”.

Belarus Xarici İşlər Nazirliyinin bəyanatında isə sözügedən hadisə ilə bağlı dərin narahatlıq ifadə olunub.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Altınbek Mamayusupov mülki əhalinin də ölümü ilə nəticələnən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın sərhəd yaşayış məntəqələrinin atəşə tutulmasını şiddətlə qınayıb. Baş katib son hadisələr zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı diləyib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini iriçaplı silahlardan atəşə tutması nəticəsində hərbçilərin həlak olması və yaralanmasına səbəb olan hərəkətlərini, eləcə də, sərhəd bölgəsində atəşkəs rejimini pozmasını sərt şəkildə pisləyib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri