15 
İyl
2020
17:34
76
554
6727
Virtual karabakh

Adil Əliyev: “Ermənistan çıxış yolunu təxribat törətməkdə görür” - VİDEO

15 İyl, 2020
17:34
6727

Adil Əliyev: “Ermənistan çıxış yolunu təxribat törətməkdə görür” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Milli Məclis, parlamentin bütün dostluq qrupları Ermənistanın Azərbaycana qarşı Tovuzda həyata keçirdiyi təxribatla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb”.

Bunu Tovuzun Ağdam kəndində Oxu.Az-ın sualını cavablandırarkən Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

Vitse-spiker bildirib ki, Azərbaycan bütün dünyaya sübut etdi ki, öz ərazi bütövlüyünün müdafiəsinə qalxıb.

“Biz ilk dəfə deyil ki, Ermənistanın təxribatı ilə üzləşirik. Biz Ermənistanın Tovuzdakı təxribatını da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdıq. Baxmayaraq ki, bizim güclü ordumuz var,  Azərbaycan Ermənistanla münaqişənin sülh yolu ilə həllinə çalışır”.

Onun sözlərinə görə, burada başlıca məqsəd Azərbaycan əsgərinin həyatını qorumaqdır:

“Amma Ermənistan hər zaman təxribatlara əl atır. Çünki Ermənistan münaqişənin həlli ilə bağlı danışıqları beynəlxalq platformalarda uduzur və bundan qıcıqlanır. Çıxış yolunu təxribat törətməkdə görürlər”. 

Fərdin İsazadə 
Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri