23 
İyl
2020
22:55
590
20
2024
Virtual karabakh

Avstraliyada Ermənistanın işğalçı siyasətinə etiraz bildirilib - FOTO

23 İyl, 2020
22:55
2024

Avstraliyada Ermənistanın işğalçı siyasətinə etiraz bildirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Avstraliyanın Yeni Cənubi Uels (New South Wales) ştatında fəaliyyət göstərən soydaşlarımız etiraz aksiyası keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, ştatın parlament binasının önündə baş tutan aksiya Avstraliya-Azərbaycan Assosiasiyası (AAA) ve Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) təşkilatçılığı ilə gerçəkləşdirilib.

Azərbaycan, Türkiyə və Avstraliyanın dövlət bayraqlarının dalğalandığı, “Ermənistanın işğalçı siyasətinə son qoyulsun!”, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarlarının səsləndirildiyi aksiyada Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin xaincəsinə hərbi təxribatlar törətməsi, hərbi obyektlərin və yaşayış məntəqələrinin artilleriya zərbələrinə məruz qoyması nəticəsində azərbaycanlı hərbçilərin və dinc sakinlərin şəhid olması şiddətlə qınanıb.

Yeni Cənubi Uels ştatının parlamentindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı siyasətinə son qoyulması, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılması tələb olunub.

Aksiya iştirakçıları dövlətimizə, xalqmıza, ordumuza, eləcə də xarici ölkələrdəki Ermənistan səfirliklərinin və konsulluqlarının qarşısında etiraz səslərini ucaltmaqla xalqımızın haqlı səsini dünya ictimaiyyətinə çatdıran, diplomatik nümayəndəliklərimizin önündə erməni təxribatlarına fədakarlıqla sipər olan azərbaycanlılara dəstəklərini ifadə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri