27 
İyl
2020
00:24
723
57
20416
Virtual karabakh

Polad Həşimovun xanımı: “Övladlarına vətən haqqında pafoslu sözlər demirdi” - VİDEO

27 İyl, 2020
00:24
20416

Polad Həşimovun xanımı: “Övladlarına vətən haqqında pafoslu sözlər demirdi” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova hərbçimiz haqqında xatirələrini bölüşüb. 

REAL TV-nin “Profil” verilişində qonaq olan O.Salmanova 17 illik ailə həyatlarından, P.Həşimovun övladlarına, ailəsinə münasibətindən söz açıb. O bildirib ki, Polad Həşimov övladlarına vətən haqqında pafoslu sözlər demirdi, öz əməlləri ilə vətəni sevməyi öyrədirdi:

“O həqiqətən bütün canı, qanı ilə vətənə bağlı insan idi və bunu dildə yox əməlində göstərirdi. Övladlarını da elə böyüdürdü. Əsgərlərinə həmişə “balam” deyirdi. Hər zaman səngərlərdə, cəbhə bölgəsində olurdu. Bizim evdəki kadrlarımıza baxsanız, ad günlərində, bayramlarda – heç birində o yoxdur. Hamısında biz təkik. Çünki o ancaq səngərdə, əsgərlərinin yanında olurdu”.

Sözügedən verilişi təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri