Avq
2020
17:22
827
36
5109
Virtual karabakh

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri keçirilir - VİDEO

1 Avq, 2020
17:22
5109

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri keçirilir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.

Bununla bağlı NUHÇIXAN İnformasiya Agentliyi xəbər yayıb.

Təlimin ssenarisinə əsasən, Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də, Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri tam döyüşə hazırolma vəziyyətinə gətirilərək “Həyəcan” siqnalı ilə təlim rayonuna çıxarılıb.

Komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə qoşunların fasiləsiz idarə olunması praktiki yerinə yetirilir, birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərir.

Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotoji manevrlərlə təlim-məşq uçuşları keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri