12 
Sen
2020
13:25
29
484
19822
Virtual karabakh

Gizir olduğu deyilən qadınla bağlı Müdafiə Nazirliyindən AÇIQLAMA

12 Sen, 2020
13:25
19822

Gizir olduğu deyilən qadınla bağlı Müdafiə Nazirliyindən AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaricdə yaşayan bloger Həbib Müntəzir “Facebook” səhifəsində smartfon tipli telefondan istifadə edərək hərbi geyimdə fotosunu çəkən qadın haqda məlumat paylaşıb. İddia edib ki, həmin şəxs Müdafiə Nazirliyinin məxfi şöbəsinin giziri Məryəm Cərullayevadır. Onun sözlərinə görə, həyat yoldaşı Rusiya vətəndaşı olan qadın Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bibisi nəvəsidir.

“Qafqazinfo” sözügedən iddialarla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə müraciət edib.

Xidmətin rəhbəri Vaqif Dərgahlı sorğuya belə cavab verib:

“Belə bir rütbədə, soyadda və adda şəxs Azərbaycan Ordusunda xidmət etmir, nə də ehtiyatda yoxdur”.

Qeyd edək ki, bir neçə gün əvvəl şəxsi smartfon telefondan istifadə edib ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumlarına göndərən, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradan hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri