21 
Sen
2020
15:33
293
82
9437
Virtual karabakh

Paşinyanın arvadı Ermənistanın əsas “camaşırxanası” rolunda

21 Sen, 2020
15:33
9437

Paşinyanın arvadı Ermənistanın əsas “camaşırxanası” rolunda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“The Moscow Post” nəşri Ermənistanda “Məxməri inqilab” nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın fəaliyyətinin nəticələrini təhlil edib.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin işgüzar elitasının nümayəndələrinə, keçmiş rəhbərliyə və ... Rusiya sərmayələrinə qarşı kampaniya başladıb.

Keçən il etdiyi çıxışların birində Paşinyan oliqarxları “düzdə qoyacağına” və bütün qənimətləri onlardan alacağına söz verdi.

Və aldı... Rəsmi məlumatlara görə, antikorrupsiya siyasətindən dövlətə 80 milyon dollar geri qaytarıldı. Axı Serj Sarqsyanın prezidentliyi dövründə kölgə iqtisadiyyatının göstəricisi ən azı 40 faiz, yəni ildə 400 milyon dollar xalis korrupsiya gəliri təşkil edirdi. Bunu Sarqsyanın prezidentliyinin on ilinə vursaq, 4 milyard dollar edir. Yəni, Ermənistanın Baş nazirinin göstərdiyi 80 milyon dollar heç olmur. Məntiqi sual yaranır - korrupsioner məmurlardan və oliqarxlardan mənimsənilən əsas vəsaitlər hara gedib?

İrəvanlı mütəxəssislər antikorrupsiya kampaniyasının yeni dalğasının daha çox siyasi kontekstə malik olduğuna diqqət çəkirlər - məqsəd Ermənistanın ikinci prezidentinın kürəkəni Mikael Minasyanı və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanı həbs etməkdir.

Qatı korrupsioner məmurlara qarşı mübarizədə ürəkaçmayan nəticələr keçmiş jurnalist Paşinyanın təcrübəsizliyi ilə əlaqələndirilə bilər. Ancaq sonra, küncə sıxılmış Mikael Minasyan tərəfindən “inqilabi tribunların” korrupsiya mexanizmi barədə açıqlama gəlir.

Bu açıqlama zərərsiz görünən bir sıra həqiqətlərə işıq saçdı, ancaq onlar bir yerə toplanarsa, baş nazirin həyat yoldaşı Anna Akopyanın əsas fiqur olduğu korrupsiya sistemi ortaya çıxır.

Mikael Minasyan video açıqlamasında Romada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin o zamankı rəhbəri Vanetsyanla görüşdüyünü deyib. Görüşün məqsədinin Minasyanın pullarının Anna Akopyanın nəzarət etdiyi fondların hesabına köçürməsi barədə Paşinyanın mesajını çatdırmaq olduğunu bildirib. Minasyanın adının heç bir antikorrupsiya kampaniyasında görünməyəcəyi vəd edilib. Minasyanın özü də Ermənistana qayıtmamalıdır.

Ermənistan hökuməti fondlar haqqında qanunvericiliyi dəyişdirərək, xeyriyyəçi fondların iqtisadi fəaliyyətlə məşğul olmasına icazə verib.

Bu, Anna Akopyanın qurduğu “Mənim addımım” və “Gülüşlər şəhəri” xeyriyyə fondlarına rəsmi olaraq Ermənistanın uğurlu iş sahələrində pay sahibi olmaq imkanı verib.

Ermənistan hökumətinin gözündən kənarda qalan yeganə məsələ fonddakı ianə mənbələrinin şəffaflığıdır.

Sual olunur: Akopyanın himayəsi altında yaradılan fondlar təqibdən can qutarmaq istəyənlər üçün vasitə deyilmi?

Cavab müsbət olsa, o zaman baş nazirin arvadının rəhbərliyi altında köhnə oliqarxların Ermənistanda bizneslərini davam etdirmək üçün “haqq ödəyəcəkləri” bir quruluşun yaradıldığı ortaya çıxır. Hakimiyyətdən kənar qalan oliqarxlar hüquq-mühafizə orqanları tərəfindən cinayət təqibi obyektinə çevrilir, lakin pul verənlər inhisar mövqelərini qoruyaraq iqtisadiyyatın müxtəlif sahələrində çalışmağa davam edirlər.

2018-ci ilin may ayında İrəvanın mərkəzindəki ilk mitinqlərə dəstək olan Qaqik Tsarukyan və ailəsi böyük siyasi hadisələr ərəfəsində fondlara ianə etdilər. Misal olaraq, Q.Tsarukyanın qızları parlament seçkilərindən əvvəl ianələr etdilər və nəticədə Tsarukyanın partiyası seçkilərdə millət vəkili sayına görə üçüncü olmağı bacardı.

Anna Akopyan bütün bu konfiqurasiyada başlıca rol oynayır. Məhz onun ətrafında itaətkar iş adamlarının tərkibi formalaşır. Baş nazirin arvadının ərinə böyük təsiri var və nominal birinci xanım rolunu oynamaqla kifayətlənmir. Akopyan ətrafında iradəli iş qadını obrazı formalaşdırır. Baş nazirin duyğuları ilə oynayaraq, onu asanlıqla özünün istəmədiyi məmurlara və iş adamlarına qarşı yönəldir, digər tərəfdən komandası daxilində ortaya çıxan problemləri ört-basdır etməyə kömək edir.

Şübhəsiz ki, maliyyə vasitələri gələcəyə investisiya edilməlidir və Ermənistandan görünməmiş kapital axını prosesinə baxsanız, xanım Akopyanın əldə etdiyi milyonları harada saxladığı barədə nəticə çıxara bilərsiniz. 2018-ci ildə Ermənistandan kapital axını 1,2 milyard dolları keçdi və bu rəqəm bir çox mütəxəssis tərəfindən inqilab ilində böyük biznesmenlərin kapital ixrac etməsi ilə əlaqələndirildi. Lakin 2019-cu ildə kapital axını 1 milyard dollar təşkil edib. Maraqlıdır, Ermənistandan kimin pulu çıxarılır? Bu rəqəm dövlət büdcəsinin az qala üçdə birini təşkil edir.

“Kompromat SNQ” “telegram” kanalına görə, keçən ilin sonunda Brüsseldə Paşinyan-Akopyan ailəsinin Ermənistandan 1,5 milyard avrodan çox pul çıxardığı barədə hesabat yayılmışdı. Hesabatda qeyd olunurdu ki, Baş nazirin ailəsinin təqiblərindən gizlənən böyük iş adamları onun xarici hesablarına külli miqdarda və himayə etdiyi fondların hesablarına simvolik məbləğlər köçürürlər.

Milyonlar Ermənistan rəhbərliyinin həyat tərzinə də təsir etdi. Xatırlayaq ki, “inqilabdan” sonra Paşinyan-Akopyan ailəsi asket həyat tərzi nümayiş etdirdilər, velosiped sürdülər, otların üstündə yatarkən şəkillər çəkdirdilər. Lakin, bir il sonra baş nazirin ailəsində dəbdəbə daha da böyüdü.

Baş nazirin şəhərətrafı iqamətgahı yenidən dövlət hesabına təmir edildi və bu 2 milyon dollara başa gəldi, avtomobillərə ümumilikdə 540 000 dollar xərcləndi, ABŞ və Kanadaya səfərlər yalnız təyyarə icarəsi üçün dövlət büdcəsinə 350 000 dollara başa gəldi. Bir vaxtlar dünyaca məşhur olan “Jamiroquai” konsertinə də dövlət xəzinəsindən 1 milyon dollar ödənilib. Baş nazirin ailəsinə yaxın çevrələr bildirir ki, konsert Anna Akopyanın bir şıltaqlığı idi, bununla o, “həddindən artıq iş nəticəsində qazandığı” ilk milyardı qeyd etmək istəyib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri