22 
Sen
2020
18:18
45
299
4310
Virtual karabakh

BMT-nin Baş katibi ilin sonuna qədər qlobal atəşkəs çağırışı edib

22 Sen, 2020
18:18
4310

BMT-nin Baş katibi ilin sonuna qədər qlobal atəşkəs çağırışı edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Baş Assambleyaya müraciəti zamanı cari ilin sonuna kimi qlobal atəşkəslə bağlı çağırış edib.

Bu barədə “İntefax” agentliyi məlumat yayıb.  

“Pandemiya başlayanda bütün ölkələrə qlobal atəşkəslə bağlı çağırış etdim. Bu çağırışın ilin sonunadək reallaşdırılmasına yeni bir təkan vermək üçün bu gün mən beynəlxalq ictimaiyyətə yenidən müraciət edirəm”, - deyə o, vurğulayıb.

Quterreş bildirib ki, hədəfə çatmaq üçün 100 gün var.

Onun sözlərinə görə, martda qlobal sülhlə bağlı çağırışına BMT-yə üzv olan 180 ölkə, həmçinin dini liderlər və bir sıra silahlı hərəkatlar dəstək verib.

BMT Baş katibi qlobal barışığa çatmaq üçün əngəllərin olduğunu vurğulayıb, bununla yanaşı ümid üçün bir neçə səbəbin olduğunu bildirib.

Quterreş xüsusilə Əfqanıstanda sülh danışıqlarının başlanılmasını, Sudanda sülh razılığını, İdlibdə (Suriya) atəşkəsə riayət edilməsini vurğulayıb. O, İsrail və Fələstin liderlərini danışıqları bərpa etməyə çağırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri