24 
Sen
2020
11:08
283
23
2655
Virtual karabakh

Naxçıvanda mühəndis ixtisaslı manqa komandirləri ilə təlim-metodiki toplantı keçirilib - VİDEO

24 Sen, 2020
11:08
2655

Naxçıvanda mühəndis ixtisaslı manqa komandirləri ilə təlim-metodiki toplantı keçirilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planına əsasən mühəndis ixtisaslı manqa komandirləri ilə təlim-metodiki toplantı keçirilib.

Toplantıda əsas diqqət ixtisas və taktiki-xüsusi hazırlıq üzrə məşğələlərə yönəldilib. Məşğələlər zamanı səhra şəraitində avtomobil texnikalarının maskalanma üsul və vasitələri, silahlanmada mövcud olan müasir mina əleyhinə qoruyucu istehkam kostyumları və minaaxtaranlar, ön xəttin qarşısında qurulacaq partlamayan piyada və tank əleyhinə mühəndis maneələrinin nümunələri, döyüş və avtomobil texnikalarının səngərləri və daldalanacaqları, “Pomnis-2” mina sahələrindən keçidaçma qurğusunun taktiki-texniki xüsusiyyətləri və iş prinsipi, mühəndis-müşahidə postlarından düşmənin, ərazinin və obyektlərin mühəndis kəşfiyyatının aparılması qaydaları nümayiş etdirilib.

Yekunda toplantıya cəlb edilmiş heyətdən fiziki və ixtisas hazırlığından məqbullar götürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri