25 
Sen
2020
13:07
163
17
2642
Virtual karabakh

Kimya manqaları yarışa çıxdı - FOTO/VİDEO

25 Sen, 2020
13:07
2642

Kimya manqaları yarışa çıxdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ən yaxşı adını qazanmaq üçün yarışa cəlb edilən ştatdankənar kimya manqalarının şəxsi heyətinə təhlükəsizlik qaydaları çatdırılıb.

Dünyanın qabaqcıl istehsalçılarının və ölkəmizin milli müdafiə sənayesinin istehsalı olan yüngül mühafizə vasitələri nümayiş etdirilib.

Yarış ştatdankənar kimya manqalarının şəxsi heyətinin taktiki-xüsusi və kütləvi qırğın silahlarından qorunma hazırlığı üzrə nəzəri biliklərinin və praktiki bacarıqlarının yoxlanılması məqsədilə keçirilib.

Yarışda kütləvi qırğın silahlarından mühafizə üzrə normativlər yerinə yetirilib və nəzəri biliklərdən məqbullar götürülüb. Sonda qaliblər mükafatlandırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri